Cənubi Koreya prezidenti haqqında yeni həbs qərarı verildi
Dünya
07.01.2025 16:05
Cənubi Koreya məhkəməsi ölkə prezidenti Yun Sok Yol haqqında yenidən həbs qərarı çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Koreya Respublikasının Korrupsiyaya qarşı İstintaq İdarəsi (CIO), vəzifəsi dayandırılmış prezident Yun Sok Yolu həbs edə bilmədiyinə görə üzr istəyib və ikinci cəhddə uğur qazanacağına söz verib.
Qeyd edək ki, cümə günü prezidentin həbsi üçün order almış CIO onu saxlamağa cəhd etsə də, təhlükəsizlik qüvvələrinin müqaviməti nəticəsində buna nail ola bilməyib.
Günəş Mərd
tag: Yun Sok Yol, Cənubi Koreya ,Korrupsiya ,İstintaq,todaypress.az,