Cənubi Koreya prezidenti dindiriləcək
Dünya
16.12.2024 10:41
Xüsusi müstəntiqlər qrupu Cənubi Koreyanın səlahiyyətlərindən kənarlaşdırılmış prezidenti Yun Sok Yolu dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
O, ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı aparılan istintaq çərçivəsində dindiriləcək. Ölkə parlamenti Cənubi Koreya liderindən üsyan yaratmaqda şübhələnir. Yun Sok Yol özü ittihamları rədd edir və qərarını “Cənubi Koreyanı Şimali Koreyanın kommunist qüvvələrinin təhdidlərindən qorumaq üçün” hazırlandığını deyərək əsaslandırır.
Dekabrın 14-də Cənubi Koreya parlamenti prezidentin impiçmentini dəstəkləyib. 204 qanunverici prezidentin vəzifədən kənarlaşdırılmasının lehinə çıxış edib. 85 deputat istefa təklifinin əleyhinə səs verib, 3 deputat bitərəf qalıb, 8 deputatın səsi etibarsız sayılıb. Nəticədə Yun Sok Yolun səlahiyyətləri dayandırılıb. Ölkənin Konstitusiya Məhkəməsi impiçmenti təsdiq etməli və ya Yun Sok Yolu vəzifəsinə bərpa etməlidir.
Töhfə Səməd
tag: Koreya, Prezident ,Parlament, Yun Sok Yol, todaypress.az,