Cənubi Koreya polisinə prezidenti həbs etmək hüququ verildi

Dünya

06.01.2025 09:07

Cənubi Koreya polisinə ölkə prezidenti Yun Sok Yolu həbs etməyə icazə verilib. 

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb. 

"Prezident Yun Sok Yola qarşı həbs qərarını icra etmək üçün mübarizə aparan Yüksək Səviyyəli Hökumət Məmurlarının İstintaq İdarəsi, orderin müddəti bitmək üzrə olduğu üçün məsuliyyəti polisə həvalə etdi ” deyə məlumatda bildirib.  

Dekabrın 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin tələbi ilə prezidentin həbsinə order verib və onun müddəti yanvarın 6-da başa çatacaq. Yun Sok Yolun müdafiə heyəti CIO-nun qiyam işi ilə bağlı araşdırma aparmaq hüququna malik olmadığını iddia edərək, bu əmrə etiraz edib. 

Yanvarın 5-də isə Yun Sok Yolun mühafizəçilərinə onu həbs etməyə çalışarkən atəş açmağa icazə verilib.

Günəş Mərd

tag: Cənubi Koreya, Prezident ,Həbs ,Polis, todaypress.az,