Cənubi Koreya parlamenti prezidentin impiçmentinə baxmağa başladı

Dünya

14.12.2024 13:18

1883

Cənubi Koreya parlamenti ölkə prezidenti Yun Sok Yolun impiçmenti məsələsinə baxmağa başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.

Qeyd edək ki, bir gün əvvəl Yun Sok Yol impiçment prosedurundan keçməyə və hərbi vəziyyətin tətbiqi ilə insidentin təhqiqatında iştirak etməyə hazır olduğunu bildirib. O, həmçinin ölkəni müdafiə etməyə görə səlahiyyətləri daxilində hərəkət etdiyi üçün tətbiq etdiyi hərbi vəziyyətin üsyan olmadığını vurğulayıb.  

Xatlırladaq ki, dekabrın 3-də Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib və qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib.

Günəş Mərd

tag: Cənubi Koreya, Hərbi ,Vəziyyət, Təhqiqat ,todaypress.az,