Cənubi Koreya özünə qəsdin qarşısının almaq üçün hərəkətə keçdi
Cənubi Koreya Səhiyyə Nazirliyi artan intihar hallarının qarşısını almaq üçün iş yerlərində, dövlət müəssisələrində və xəstəxanalarda təlimlər keçirməyi qərara alıb.
TodayPress “Haber Türk” ə istinadən xəbər verir ki, bu barədə "The Korea Herald" qəzeti məlumat yayıb.
Belə ki, ölkədə ildə bir dəfə intiharın qarşısının alınması təhsili veriləcək. Təlim onlayn və ya üz-üzə qruplar vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, Nazirlik tərəfindən gücləndirilmiş təlimlərin keçirilməsi “İntiharın qarşısının alınması və həyata hörmət mədəniyyətinin formalaşdırılması haqqında” qanuna dəyişiklik edilməsindən sonra reallaşdırılıb.
Töhfə Səməd
tag: Cənubi Koreya, Təlim, Nazirlik, İntihar, Səhiyyə, todaypress.az,