Cənubi Koreya ordusu Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açdı

Dünya

21.06.2024 07:00

Cənubi Koreya ordusu sərhədi keçməyə cəhd edən Şimali Koreya əsgərləri xəbərdarlıq atəşi açıb.

TodayPress xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Şimali Koreya hərbçilərinin iyunun 20-də səhər saat 11 radələrində demarkasiya xəttini keçməyə cəhd ediblər. Xəbərdarlıq atəşindən sonra onlar öz dövlətlərinin sərhədlərinə qayıdıblar.

Agentlik qeyd edir ki, bu, cari ay ərzində üçüncü sərhəd pozuntusu hadisəsidir. Bundan əvvəl iyunun 9 və 18-də 20-30 nəfərlik Şimali Koreya əsgərlərindən ibarət qrup digər ərazilərdə demarkasiya xəttini keçməyə cəhd ediblər.

Xatırladaq ki,  iyunun 9-dan 10-na keçən gecə KXDR Cənubi Koreyaya zibillə doldurulmuş üç yüzdən çox şar göndərmişdi.

 GÜNEL

tag: Şimali Koreya, Cənubi Koreya, Xəbərdarlıq atəşi, Sərhəd pozuntusu, todaypress.az,