Cənubi Koreya nüvə silahı əldə etməyə çalışır?
Dünya
08.08.2024 17:15
“Cənubi Koreyada nüvə silahının yaradılması ehtimalı 30-50 faiz səviyyəsində qiymətləndirilə bilər”.
TodayPress xəbər verir ki, bu barədə Seuldakı Kunminq Universitetinin professoru Andrey Lankov bildirib.
Onun fikrincə, bu, Şimali Koreyanın nüvə proqramının çox sürətlə və çox uğurla irəliləməsi ilə bağlıdır. Cənubi Koreyada isə Birləşmiş Ştatların alyans daxilindəki öhdəliklərə nə dərəcədə arxalana biləcəyi ilə bağlı qeyri-müəyyənlik artır. 2017-ci ildə Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra bu qorxular daha da çoxalıb.
Üstəlik, bu cür silahların hazırlanması nəinki ABŞ-nin icazəsi olmadan, hətta onun mövqeyinə zidd olaraq başlaya bilər. Cənubi Koreya iqtisadiyyatının hazırkı vəziyyəti də şübhə yeri qoymur ki, əgər istəsə, bu cür kütləvi qırğın silahlarını (KQS) kifayət qədər tez istehsal edə bilər.
Günəş Mərd
tag: Cənubi Koreya, Seul, Şimali Koreya, ABŞ,Nüvə, todaypress.az,