Cənubi Koreya müxalifəti prezidentin impiçmentini təxirə saldı

Dünya

24.12.2024 17:12

Koreya Respublikası parlamentinin aparıcı müxalifət qüvvəsi olan Toburo Demokratik Partiyası prezidentin səlahiyyətlərini icra edən baş nazir Han Duk Sunun impiçment prosesinin başlanmasını bir neçə gün təxirə salmaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Tələblərimizin dekabrın 26-sı yerinə yetirilib-yetirilmədiyini görmək üçün səbirlə gözləmək qərarına gəldik" deyə parlamentdəki Toburo fraksiyasının lideri Park Çanq Daye deyib. 

Bundan əvvəl o, prosedura 24 dekabrda yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 12:30) başlamaq niyyətində olduğunu bildirmişdi.

"26 dekabr son fürsətdir. Prezidentin səlahiyyətlərini icra edən şəxs xalqın gücünü qorumalı və üsyanın dayandırılmasında iştirak etməlidir" deyə o, bildirib. 

Töhfə Səməd

tag: Prezident ,Niyyət ,Koreya, Yonhap ,todaypress.az,