Cənubi Koreya liderinin həbsinə icazə verilmədi
Dünya
03.01.2025 09:18
Cənubi Koreya prezidentinin iqamətgahına fəaliyyəti dayandırılmış Yun Sok Yolun haqqında həbs qərarı çıxarmaq üçün gələn müstəntiqlər təhlükəsizlik qüvvələrinin etirazı ilə qarşılaşıblar.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Park Çunq-Cuna həbs və axtarış qərarı təqdim edib. Lakin o, axtarışa icazə verməyib.
Qeyd olunub ki, impiçment elan olunsa da, Yun Sok Yol Konstitusiya Məhkəməsində işə baxılana qədər müvəqqəti olaraq fəaliyyəti dayandırılmış hesab olunur və prezidentin təhlükəsizlik xidmətinin mühafizəsi altındadır.
Nəticədə istintaq qrupu və prezident mühafizəsi arasında qarşıdurma yaşanıb.
Günəş Mərd
tag: Koreya ,Məhkəmə, Həbs, Qərar, todaypress.az,