Cənubi Koreya liderinə dəstək aksiyasında 17 nəfər saxlanıldı

Dünya

18.01.2025 17:15

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs müddətinin uzadılması zərurəti ilə bağlı dinləmənin keçirildiyi Qərb Dairə Məhkəməsinə icazəsiz daxil olmaq istəyən 17 nəfər saxlanılıb. 

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məhkəmənin qarşısında prezidentin həbsdən azad edilməsi tələbi ilə tərəfdarlarının mitinqi keçirilib. Polisin məlumatına görə, mitinqdə təxminən 12 min adam iştirak edib.

Xatırladaq ki, Cənubi Koreya qanunları hazırkı dövlət başçısını üsyan və dövlətə xəyanət maddələri ilə ittiham edir.


Nicat Osman

tag: Cənubi Korea, Yun Sok Yol, Dünya, Siyasət, Aksiyalar,