Cənubi Koreya lideri həbs oluna bilər
Dünya
25.12.2024 09:55
Cənubi Koreya prezidenti Yun Sok-Yol hərbi vəziyyət elan etməsi ilə bağlı müstəntiqlər tərəfindən ikinci dəfə dindirilməyib.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Siyasətçi müstəntiqlərin tələbinə məhəl qoymadıqdan bir həftə sonra yenidən təyin edilən sorğu-suala gələ bilməyib.
Qeyd olunub ki, onun dəfələrlə dindirilməkdən yayınması məhkəməsini ilkin olaraq yubadır, həm də həbs olunma ehtimalını artırır.
Günəş Mərd
tag: Cənubi Koreya ,Lider, Həbs ,Hərbi, todaypress.az,