Cənubi Koreya: "İmpiçmentin təsdiqi üçün ən azı altı hakimin səsi lazımdır"
Dünya
27.12.2024 10:48
Konstitusiya Məhkəməsi Koreya Respublikasının prezidenti Yun Sok Yolun impiçment işi üzrə hökm çıxarmaq üçün lazım olan kvorumla bağlı hələlik yekun qərar qəbul etməyib.
TodayPress xəbər verir ki, bu barədə məhkəmənin rəsmi nümayəndəsi Li Cin bildirib.
"Hakimlərin yekun qərara gəlib-gəlməyəcəyi hələ ki, məlum deyil. Vəziyyət dəyişməkdə davam edir, qərarın əldə edilib-edilməməsi ilə bağlı müzakirələr davam edir" deyə o bildirib.
Dekabrın əvvəlində məhkəmənin baş hakimi səlahiyyətlərini icra edərək məhkəmə prosesini apara biləcəyini, lakin altı hakimdən ibarət kollegiya tərəfindən qərarın qəbul edilib-edilməməsi üçün hələ çox müzakirələrə ehtiyac olduğunu söyləyib.
Daha əvvəl Li Cin qeyd edib ki, Konstitusiya Məhkəməsi 9 hakimdən yalnız altısının iştirakı ilə prosesləri və debatları apara bilər. Daha üç yer boşdur. Prezident səlahiyyətlərini icra edən Han Dok Sunun parlament tərəfindən irəli sürülən namizədlərin təyin edilməsi ilə bağlı mövqeyi ona qarşı impiçment prosedurunun başlanmasına səbəb olub.
Prezidentin hakimiyyətdən kənarlaşdırılması ilə bağlı yekun qərarı Konstitusiya Məhkəməsi verir. İmpiçmentin təsdiqi üçün ən azı altı hakimin səsi lazımdır. Eyni zamanda, qanuna görə, kvorum adətən yeddi nəfərdən ibarətdir, lakin hələ payızda hakimlər qərar qəbul edərək, işlərdə fasilələrin qarşısını almaq üçün müvəqqəti olaraq bu qaydadan imtina ediblər.
Töhfə Səməd
tag: Cənubi Koreya, Konsitutsiya ,Hakim ,Məhkəmə, todaypress.az,