Cənubi Koreya hökuməti dindirilməyə çağırıldı

Dünya

10.12.2024 13:15

Cənubi Koreya polisi dekabrın 3-də hərbi vəziyyətin tətbiqi ilə bağlı ölkə hökumətinin 10 üzvünü dindirməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Hankook Ilbo” məlumat yayıb.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin hərbi vəziyyət elan edən ölkə prezidenti Yun Sok Yol ilə görüşdə iştirak edənləri, eləcə də digər nazirləri də dindirməyə başlayıb.  

Cənubi Koreya polisi qeyd edib ki, hökumət üzvləri dindirilməkdən imtina edərlərsə, onlara qarşı məcburi istintaq proseduru ilə bağlı qanuni tədbirlər tətbiq oluna bilər.

Töhfə Səməd

tag: Hankook ,Yun Sok Yol , Cənubi Koreya, Hərbi vəziyyət, todaypress.az,