Cənubi Koreya hava limanında təyyarə yandı
Dünya
29.01.2025 04:45
Cənubi Koreyanın Pusan
şəhərinin hava limanında təyyarə yanıb.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hava limanının
yanğından mühafizə departamentinə istinadla xəbər yayıb.
Hadisənin
detalları açıqlanmayıb.
Qeyd edək ki, bir
ay əvvəl - dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə
yetirən sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza
enişi etdiyi zaman uçuş zolağından çıxaraq beton hasara çırpılmış, nəticədə
təyyarə yanaraq 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını
itirmişdi.
tag: Cənubu Koreya, Jeju Air, Təyyarə, Qəza, Ölüm, todaypress.az,