Cənubi Koreya: “10 mindən çox Şimali Koreya əsgəri Rusiyadadır”
Dünya
05.11.2024 13:00
“10 mindən çox Şimali Koreya əsgəri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya ərazisinə gəlib”.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyindən bildirilib.
“Hazırda Rusiyada 10 mindən çox Şimali Koreya hərbçisi var və onların əhəmiyyətli bir hissəsi cəbhə bölgələrinə, o cümlədən Kurska köçüb" məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan öncə Ukraynanın Baş Kəşfiyyat İdarəsi 12 minə yaxın Şimali Koreya hərbçisinin Rusiyada olduğunu bildirmişdi.
Günəş Mərd
tag: Cənubi Koreya,Şimali Koreya, Ukrayna, Rusiya, todaypress.az,