Cənubi Kiprin sahilində zəlzələ oldu

Dünya

03.12.2024 08:23

Aralıq dənizinin şərqində yerləşən Kipr Respublikasının cənub sahilində 4 maqnitudalı zəlzələ olub.

TodayPress xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.

Məlumata görə, yeraltı təkanların ocağı 5,4 km dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla 00:23-də (Bakı vaxtı ilə 01:23) qeydə alınıb.


 

tag: Kipr, Zəlzələ, Aralıq Dənizi, Kandilli, todaypress.az,