Cənubi Afrika Zelenskinin səfərinə qarşı çıxdı

Dünya

24.04.2025 19:50

7

Cənubi Afrika Sosialist Partiyası və Cənubi Afrika Kommunist Partiyasının (SACP) nümayəndələri Ukrayna prezidenti Volodimir Zelenskinin Pretoriyaya səfərinə etiraz ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “Newzroom Africa” telekanalı məlumat yayıb.   

Sosialist Partiyasının sözçüsü MR Nhlamulo Ndhlela efirdə Zelenskinin səfərinin Cənubi Afrikada xoş qarşılanmadığını bildirib. 

"Qoy geri qayıtsın" deyə o vurğulayıb.

tag: Cənubi Afrika Sosialist Partiyası,Volodimir Zelenski,Newzroom Africa,Nhlamulo Ndhlela,Todaypress.az,