Cənubi Afrika yoxsulluğa son qoymaq üçün tarixi addım atmağa hazırlaşır

Dünya

20.06.2024 23:00

Cənubi Afrika Respublikası yoxsulluğu azaltmaq üçün pandemiya fondlarından istifadə edərək universal əsas gəlirin həyata keçirilməsini müzakirə edir.

TodayPress xəbər verir ki, Afrika Milli Konqresi (AMK) 30 illik hakimiyyətdən sonra mayın 29-da keçirilən ümumi seçkilərdə ilk dəfə parlamentdəki mövqeyini itirib.

ANC və ana müxalifətdəki Demokratik Alyans (DA) arasında koalisiya danışıqları davam etdikcə, demək olar ki, bütün partiyalar yoxsul ailələrə gəlir dəstəyini artırmağa razılaşır.

Seçkilərdən bir həftə əvvəl dərc olunan bəyanatında ANC pandemiya fondundan universal əsas gəlir üçün istifadə üzrə işlərin hökumət qurulduqdan sonra iki il ərzində tamamlanacağını vəd etdi.

Bu çərçivədə, 18-59 yaş arasında olan hər kəsə iş axtarmaq şərti olmadan müntəzəm qrant ödənilməsi hədəflənir.

Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “Guardian”ın xəbərində bunun tamamlanacağı təqdirdə Cənubi Afrika Respublikasının universal gəliri tətbiq edən ilk ölkə olacağına diqqət çəkilib.

Pandemiya dövründə yaradılmış Sosial Yardım Fondu (SRD) hazırda fərdi yoxsulluq həddindən aşağı olan şəxslər üçün aylıq müavinətlərin yaradılması üçün istifadə olunur.

2021-ci ildə hazırlanan yoxsulluq həddinin müəyyən edilməsi üçün istifadə olunan parametrlərin yenilənməsi və SRD fondunun daha geniş seqmentləri əhatə edəcək şəkildə çevrilməsi hədəflənir.

 GÜNEL

tag: Yoxsulluq, Cənubi Afrika, Sosial Yardım Fondu, Pandemiya, todaypress.az,