Cənubi Afrika atəşkəs çağırışı etdi

Dünya

24.04.2025 17:59

7

Cənubi Afrika prezidenti Siril Ramafosa Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi həm Rusiyanı, həm də Ukraynanı qeyd-şərtsiz atəşkəsə və danışıqlara başlamağa çağırır.  

TodayPress xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb. 

Ramafosa vurğulayıb ki, Cənubi Afrika hərtərəfli sülhə nail olunması üçün göstərilən bütün beynəlxalq səyləri dəstəkləyir. 

Eyni zamanda, Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqlar davam edir.

Kreml bildirir ki, Vaşinqtonun danışıqlardan çəkilmək təhlükəsinə baxmayaraq, dialoq hələ də davam edir. 

Türkan İsgəndərli

tag: Cənubi Afrika,Ukrayna,Rusiya,Atəşkəs,Todaypress.az,