Cəmi 200 adamda müşahidə edilən xəstəliklə doğuldu
Dünya
06.07.2024 18:10
İrlandiyada Aksel Horqan adlı uşaq dünyada cəmi 200 insanda müşahidə olunan xəstəliklə doğulub.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, Akselin sol ayağı anadangəlmə sağ ayağından böyük olub.
Lipomatoz böyümə genetik xəstəlik diaqnozu qoyan həkimlər Akselin 2-3 yaşına qədər yeriyə, danışa, yemək yeyə və hətta yaşaya bilməyəcəyini bildiriblər.
Bir neçə aylığında olarkən o, vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Akselin sürətlə böyüyən ayaqlarına kimyaterapiya tətbiq olunub, lakin nəticə gözləntiləri doğrultmayıb. Buna görə də, həkimlər körpənin ayağının amputasiyasının ən uyğun müalicə üsulu olduğuna qərar veriblər.
Valideynləri hazırda Akselin bütün çətinliklərə tab gətirdiyini və 2025-ci ildə ağrısız yaşaya bilməsi üçün hər iki ayağının amputasiya ediləcəyini və protez taxacağını bildiriblər.
Günəş Mərd
tag: İrlandiya, Aksel, Lipomatoz, Kimyaterapiya, Xəstəlik, todaypress.az,