Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edildi
Dünya
27.07.2024 06:00
Əslən Çeçenistandan olan 3 nəfər
Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək radikal qruplaşmanın fəaliyyəti
ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
TodayPress “TASS”-a istinadən
xəbər verir ki, bu barədə krallığın federal prokurorluğu məlumat yayıb.
“Antiterror istintaqı çərçivəsində
çeçen əsilli üç nəfər həbs edilib” prokurorluq bildirib.
Qeyd edək ki, iyulun 25-də
Belçikanın hüquq-mühafizə orqanları iri antiterror əməliyyatı barədə məlumat
veriblər və bu əməliyyat zamanı 7 nəfər saxlanılıb, 14 axtarış əməliyyatı
aparılıb. Yeddisinin hamısı Belçikadakı çeçen diasporunun üzvüdür, onlardan
dördü azad edilib.
Prokurorluq planlaşdırılan terror aktının məqsədi ilə bağlı hər hansı təfərrüat verməkdən imtina edib.
tag: Rusiya,Çeçenistan, Belçika, Terror, todaypress.az,