Çeçenistandakı partlayışda 5 nəfər öldü, 26 nəfər yaralandı

Dünya

15.07.2024 21:37

Rusiyanın Çeçenistan Respublikasında iki qaz balonunun partlaması nəticəsində 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

TodayPress “TASS” xəbər agentliyinə istinadən xəbər verir ki, partlayış rayonun Başin-Kali kəndində tikinti meydançasında baş verib.

Hadisə ilə bağlı rayon istintaq komitəsi tərəfindən tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması faktı ilə bağlı cinayət işi başlanıb.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Rusiya, Çeçenistan, Başin-Kalı, Partlayış,