Cari ildə Qazaxıstanın neft hasilatı 88,4 milyon ton təşkil edəcək
Dünya
25.11.2024 20:45
2024-cü
ildə Qazaxıstanın neft hasilatı 88,4 milyon ton təşkil edəcək.
TodayPress xəbər verir ki, bunu Qazaxıstanın
energetika naziri Almassadam Satkaliyev bildirib
"On
ayda neft hasilatı 73,5 milyon ton təşkil edib. Bu il üçün neft hasilatı
proqnozu 88,4 milyon ton təşkil edir. Planlarla müqayisədə hasilatın azalması
iri yataqlarda aparılan əsaslı təmir işləri ilə bağlıdır" nazir respublikanın
aşağı palatasında çıxışı zamanı deyib.
Bundan
əvvəl Qazaxıstanın Energetika Nazirliyi bildirmişdi ki, bu ilin sonunadək neft
hasilatı 90,3 milyon ton səviyyəsində planlaşdırılır.
Aynur TAC
tag: Qazaxısatan, Neft, Hasilat, İxrac, idxal,Energetika, Proqnoz, todaypress.az,