Cari ildə müharibə zonalarında 42 jurnalist həlak oldu
Dünya
12.12.2024 21:25
2024-cü ildə azı 68
jurnalist həlak olub ki, onların da 60 %-dən çoxu müharibə zonalarındadır.
TodayPress xəbər verir ki, bu barədə UNESCO-nun təqdim
etdiyi məlumatlarda bildirilir.
Qeyd olunub ki, media işçilərinin öldürüldüyü 68
hadisədən 42-si döyüşlərin getdiyi ölkələrdə baş verib.
Hadisələrin əksəriyyəti Fələstində (18) qeydə alınıb.
Ukraynadakı müharibədə 4 jurnalist həlak olub.
Sənəddə ölən jurnalistlərin adları və mənşə ölkələri,
habelə onların hansı nəşrlərdə çalışdıqları göstərilməyib.
Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il
dekabrın 31-dək dünyada 162 media işçisi öldürülüb, onlardan 72-si münaqişə
zonalarında həlak olub.
tag: UNESCO, Jurnalist, Müharibə, Ölüm, Fələstin, todaypress.az,