“Cargo Dragon” komosa uğurlu uçuş etdi

Dünya

05.11.2024 11:40

Amerikanın “SpaceX” şirkətinin təkrar istifadə edilə bilən yük kosmik gəmisi “Cargo Dragon” Beynəlxalq Kosmik Stansiyaya (ISS) buraxılıb. 

TodayPress xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gəminin buraxılışı “CRS-31” missiyası çərçivəsində noyabrın 4-ü baş tutub. “Cargo Dragon” Floridadakı Kennedi Kosmik Mərkəzində “39A Launch Complex”dən “Falcon 9” raketi ilə ISS-ə buraxılıb.

“Kosmik gəminin təxminən saat 10:15-də avtonom şəkildə kosmik stansiyanın “Harmony” modulunun ön qisminə yanaşması planlaşdırılır” deyə məlumatda bildirilib.

Uçuş çərçivəsində “Cargo Dragon” Beynəlxalq Kosmik Stansiyaya 2,7 tondan çox ərzaq, həmçinin onlarla elmi eksperimentin aparılması üçün avadanlıq və materiallar çatdıracaq.

Töhfə Səməd

tag: Cargo Dragon, Florida,39A Launch Complex,SpaceX, NASA, todaypress.az,