CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxıldı
Cənubi Afrika Respublikasının
vitse-prezidenti 62 yaşlı Pol Maşatil ölkənin şimalında tribunada çıxışı zamanı
huşunu itirərək yıxılıb.
TodayPress xəbər verir ki, bu barədə yerli "SABC" radiostansiyası məlumat yayıb.
Vitse-prezident Limpopo əyalətinin Valoyi kəndinin
mədəniyyət mərkəzində keçirilən mərasimdə iştirak edirmiş. Öz növbəsində
vitse-prezidentin mətbuat katibi Keyt Xoza bildirib ki, Maşatil həkimlər
tərəfindən müayinə olunub.
Belə ki, vitse-prezidentə lazımi yardım göstərilib və
hazırda özünü yaxşı hiss edir. O əlavə edib ki, Maşatilin xəstəxanaya
yerləşdirilməsinə ehtiyac olmayıb.
tag: CAR, Afrika, Pol Maşatli, Limpopo,todaypress.az,