CAR-da 50 şagird qidadan zəhərləndi
Dünya
15.11.2024 07:34
Cənubi Afrikanın
şimalındakı Limpopo əyalətində 50 məktəb şagirdi qida zəhərlənməsi şübhəsi ilə
xəstəxanaya çatdırılıb.
TodayPress xəbər verir ki, bu barədə əyalətin səhiyyə departamentinin
nümayəndəsi Nil Şikvambana “SABC” radiosunun efirində məlumat verib.
“İlkin olaraq Giyani şəhərindəki məktəbdən 39 şagird xəstəxanaya
çatdırılıb, daha sonra 11 şagirdə də təcili tibbi yardım göstərilib” Şikvambana
qeyd edib.
Şagirdlərin hamısı məktəb yeməkxanasında sıyıq yedikdən sonra
mədə ağrısı hiss ediblər .
Əyalətin səhiyyə işçiləri analiz üçün qidadan nümunələr
götürüblər.
tag: CAR, Afrika, Şagird, Zəhərlənmə, Qida, todaypress.az,