Çad təhlükəsizlik qüvvələri prezident sarayını nəzarətdə saxlayır
Dünya
09.01.2025 10:28
Çad təhlükəsizlik qüvvələri ölkənin paytaxtında prezident sarayının ərazisinə tam nəzarəti ələ keçirib.
TodayPress xəbər verir ki, bu barədə "RİA" yazıb.
Qeyd olunub ki, hazırda paytaxtda hər hansı iğtişaş yoxdur. Atışma nəticəsində yaralıların olduğu vurğulanıb.
Xatırladaq ki, yanvarın 8-də Çadın paytaxtı Ndjamenada prezident sarayının yaxınlığında atışma baş verib. Hücum islamçı “Boko Haram” qruplaşmasının silahlıları tərəfindən həyata keçirilib. Hadisə zamanı Çad Respublikasının Prezidenti Mahamat İdriss Debi İtno öz iqamətgahında olub.
Daha sonra hərbi texnika kolonu prezident sarayının binasına doğru hərəkət edib.
Günəş Mərd
tag: Çad, Mahamat, Prezident,Təhlükəsizlik, todaypress.az,