Çad Rusiyadan hərbi personalı ölkəyə dəvət etməyəcək
Dünya
11.12.2024 18:30
Çad Respublikasının xarici işlər naziri Abderaman Koulamalla bildirib ki, Fransa qoşunlarının çıxarılmasından sonra onun ölkəsi digər dövlətlərin, o cümlədən Rusiyanın hərbçilərini ölkəyə gətirmək istəmir.
TodayPress xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Diplomat vurğulayıb ki, Fransa qoşunlarının Çaddan çıxarılması heç bir halda onların başqa qüvvələrlə əvəzlənməsi demək deyil.
Kulamalla qeyd edib ki, respublikanın özünü qorumaq üçün vasitələri var.
Eyni zamanda, “Le Monde”un yazdığına görə, Çad başqa təhlükəsizlik tərəfdaşları tapıb.
Noyabrın sonunda isə məlum olub ki, Çad keçmiş metropoliti olan Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv edib. Dekabrın 10-da “Reuters” agentliyi Fransanın Çaddan döyüş təyyarələrini geri çəkməyə başladığı barədə məlumat yayıb.
Günəş Mərd
tag: Çad ,Abderaman Koulamalla,Fransa ,Rusiya,todaypress.az,