Çad Fransa qoşunlarının dərhal çıxarılmasını tələb edir

Dünya

20.12.2024 09:29

Çad hakimiyyəti Fransadan 2025-ci il yanvarın 31-dək qoşunlarını respublika ərazisindən çıxarmağı tələb edib.

TodayPress xəbər verir ki, bu barədə "RFI"  məlumat yayıb. 

Çad bildirib ki, o, fransız qoşunlarının mümkün qədər tez - müsəlmanların 2025-ci ildə müqəddəs Ramazan ayını qeyd etməyə başladığı martın əvvəlindən əvvəl çıxarılmasında israrlıdır.

Fransa tərəfi isə "Yeddi həftəyə min əsgər və çoxlu texnikanı geri çəkmək mümkün deyil" deyə qeyd edib.

Bundan əvvəl Çad Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abderaman Kulamalla bildirmişdi ki, Fransa qoşunları çıxarıldıqdan sonra onun ölkəsi digər dövlətlərin, o cümlədən Rusiyanın hərbçilərinin ölkəyə dəvət olunmasını istəmir. 

Günəş Mərd

tag: Çad, Fransa, Qoşun, Xəbərdarlıq, todaypress.az,