Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini pozdu

Dünya

29.11.2024 11:44

Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb.

TodayPress-in xəbərinə görə, bu barədə "Agence France-Presse” (AFP) Afrika ölkəsinin Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatına istinadən məlumat yayıb.

"Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır" xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika İnteqrasiyası və xaricdəki çadlılar üzrə dövlət naziri Abderaman Kulamalla deyib.

O, bunun səbəbini açıqlamayıb.

tag: Fransa, Çad, Hökumət, Afrika, todaypress.az,