BVF Ukraynaya 2,2 milyard dollar kredit ayrılmasını təsdiqlədi

Dünya

29.06.2024 05:00

Beynəlxalq Valyuta Fondunun rəhbərliyi Ukraynaya maliyyə yardımı proqramının nəzərdən keçirilməsini başa çatdırıb.

TodayPress xəbər verir ki, yekun qərara görə, Ukraynaya 2,2 milyard dollar kreditin ayrılması təsdiqlənib.

Vəsaitlərin ölkə büdcəsini dəstəkləmək üçün istifadə olunacağı bildirilir.

Bununla da, BVF-nin Kiyevə ayrılan kredit vəsaitlərinin ümumi həcmi 7,6 milyard dollara çatacaq.

GÜNEL

tag: Ukrayna, Beynəlxalq Falyuta Fondu, Kiyev, Büdcə, Kredit, todaypress.az,