Buzlaqlarda rekord azalma aşkar edildi

Dünya

05.08.2024 10:17

Boston Kollecinin alimləri müəyyən ediblər ki, tropik yüksək dağlıq buzlaqları son 11,700 il ərzində sürətlə kiçilib. 

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub.

Tədqiqat And dağlarındakı dörd buzlaqdan əldə edilən qaya məlumatları sayəsində aparılıb. Nəticədə onların geri çəkilmə sürətinin əvvəlkilərdən daha intensiv olduğu aşkar edilib. Bu da yeni geoloji dövrün - Antroposenin başlanmasından xəbər verir. 

Nəticələr göstərib ki, buzlaqlar son 11 min il ərzində sabit qalıb. Qlobal istiləşmə səbəbindən yalnız son bir neçə onillikdə əriməyə başlayıb.

Bildirilib ki, buzlaqlar yox olmaq ərəfəsindədir və onların geri çəkilməsi gözlənildiyindən daha tez baş verə bilər. Bu, iqlim dəyişikliyi ilə mübarizə üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir.

Günəş Mərd

tag: And Dağları, Buzlaqlar, iqlim, Boston Kolleci, Tədqiqat, todaypress.az,