Bundesverin sayı yenidən azaldı

Dünya

01.02.2025 16:10

Almaniyanın silahlı qüvvələrinin sayı artıq ikinci ildir ki, azalır və 203.000 əsgərin hədəfindən aşağı qalır.

TodayPress xəbər verir ki, bu barədə "DPA" məlumat yayıb. 

“Keçən il bundesverdəki əsgərlərin sayı yeni qəbul edilənlərin sayının artmasına baxmayaraq, yenidən bir qədər azalıb”  deyə məlumatda bildirilir.

Almaniya Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, ilin sonunda əsgərlərin sayı təxminən 181 150 nəfər olub. Bir il əvvəl,  31 dekabr 2023-cü ildə isə bu say təxminən 181,500 nəfər olub.

tag: Almaniya,Ordu,Bundesver,Dünya,todaypress.az,