Budapeştdə “Sülh yürüşü” keçirilib
Dünya
01.06.2024 18:07
Paytaxt Budapeştdə on minlərlə insan Macarıstanın Rusiya-Ukrayna münaqişəsində iştirakına və NATO-nun Avropada müharibəyə başlamasına qarşı “sülh yürüşü”nə toplaşıb.
TodayPress yerli mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları “Avropa liderləri müharibə istəyi ilə alışıb-yanırlar. Biz bu hərbi istəyi dayandırmalıyıq!” kimi şüarlar səsləniriblər.
Məlumata görə, dinc yürüş Marqaret adasında başa çatacaq.
Qeyd edək ki, analoji aksiya mayın əvvəlində Varşavanın mərkəzində də keçirilib. Nümayiş iştirakçıları Polşanın Ukraynadakı hərbi əməliyyatlarda iştirakına qarşı çıxdıqlarını bildiriblər.
Günəş Mərd
tag: Budapeşt, Sülh, Yürüş,Marqaret, Dünya, todaypress.az,