Budapeştdə son 11 ilin ən böyük daşqını olacaq

Dünya

21.09.2024 08:50

Budapeştdə son 11 ildə baş verən pis daşqınların sentyabrın 21-də pik nöqtəsinə çatacağı gözlənilir. 

TodayPress xəbər verir ki, bu barədə "Infostart" portalı məlumat yayıb. 

Qeyd olunur ki, yaxın 24 saat ərzində Dunayda suyun səviyyəsi 8,5 metrə qalxacaq ki, bu da normadan beş metr yüksəkdir. Beləliklə, Budapeştdə daşqın pik həddə çatacaq.

Qeyd edək ki,  bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban şəhərdə baş verən daşqın səbəbindən beynəlxalq işləri, o cümlədən Avropa Parlamentindəki çıxışını təxirə salmaq məcburiyyətində qaldığını açıqlamışdı.  

Günəş Mərd

tag: Budapeşt ,Dunay, Macarıstan, Baş Nazir, Viktor Orban, Avropa Parlamenti, todaypress.az,