“Bu, müharibəyə qarışmaq deməkdir” - Polşa Ukraynadan üz döndərir?
Dünya
12.09.2024 13:40
“Varşavanın indi Ukraynanı müdafiə etmək arzusu yoxdur, lakin cəbhə dağılmağa başlasa, vəziyyət dəyişə bilər”.
TodayPress xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Ukrayna tərəfi nəzarəti bir qədər itirərsə, Varşava Kiyevə kömək edə bilərmi?” sualına cavab olaraq polşalı diplomat qeyd edib ki, indiki mərhələdə buna faktiki olaraq heç bir hazırlıq yoxdur.
"Bilirsiniz, biz indi Rusiya qanadlı raketlərinin Ukrayna ərazisinə daxil olmadan bizim hava məkanımızdan vurulub-vurulmayacağını müzakirə edirik. Hətta hazırki mərhələdə bu olduqca mübahisəlidir. Qeyd edim ki, məsələ ilə bağlı heç bir razılaşma yoxdur, çünki bu, müharibəyə qarışmaq deməkdir” deyə o, bildirib.
Sikorski, həmçinin Polşada ukraynalı əsgərlərə təlim keçmək imkanını da istisna etməyib. Eyni zamanda, o, əlavə edib ki, Polşa əsgərlərinin Ukrayna daxilində yerləşdirilməsi mümkün deyil.
Töhfə Səməd
tag: Ukrayna ,Polşa ,Radoslav Sikorski , Xarici İşlər Nazirliyi ,Varşava ,todaypress.az,