Bu ilin ilk altı ayında Şri-Lankada baş verən yol qəzalarında 1154 nəfər öldü
Dünya
12.07.2024 08:55
2024-cü ilin ilk altı ayı ərzində
Şri-Lankada baş verən 1103 yol-nəqliyyat hadisəsi nəticəsində 1154 nəfər həyatını
itirib.
TodayPress xəbər verir ki, bu
barədə ölkənin nəqliyyat naziri Lasanta Acayavanna məlumat verib.
O bildirib ki, Yol Təhlükəsizliyi
üzrə Milli Şura sürətə nəzarət avadanlığı almaq üçün Şri-Lanka polisinə 50
milyon rupi (təxminən 165 min ABŞ dolları) ayırıb.
Bundan əlavə, yol qaydalarına əməl
etməyin vacibliyini aşılamaq üçün məktəb səviyyəsində Yol Təhlükəsizliyi
Klubları yaradılacaq.
Xatırladaq ki, 2023-cü ildə
Şri-Lankada baş verən 2200 yol qəzasında 2557 nəfər həlak olmuşdu.
Nəzrin Cavadzadə
tag: Şri-Lanka, Qəza, Nəqliyyat, Nazir, todaypress.az,