Bu il Ukrayna tərəfdaşlarından 41,7 milyard dollar aldı
Dünya
31.12.2024 05:34
2024-cü ildə Ukrayna dövləti beynəlxalq tərəfdaşlardan 41,7 milyard dollar vəsait alıb.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə nazirliyinin illik hesabatında bildirilib.
Məlumata görə, cari ildə ildə cəlb olunan 41,7 milyard dollar sosial, humanitar xərcləri, xüsusən də təhsil və səhiyyə sektorunda çalışan işçilərin əmək haqlarını, əhalinin sosial müdafiəsini, humanitar yardımları təmin etməyə imkan verib.
Qeyd edilib ki, büdcə dəstəyinin yatırımçıları Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, ABŞ və Yaponiya olub.
Aynur TAC
tag: Ukrayna, Maliyyə Yardım,ABŞ, Yaponiya, Valyuta, todaypress.az,