Bu il Ukrayna ABŞ-dən 7.8 milyard dollar alacaq

Dünya

05.08.2024 14:32

928

Bu il Ukrayna birbaşa büdcə dəstəyi üçün ABŞ-dən 7.8 milyard dollar alacaq.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal "X" hesabında bildirib.

Onun sözlərinə görə, Ukrayna Dünya Bankının layihəsi vasitəsilə ABŞ-dən 3,9 milyard dollar alıb.

"Bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin əmək haqları, pensiya və sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu il Ukrayna ABŞ-dən 7,8 milyard dollar birbaşa büdcə dəstəyi alacaq ki, bu da bizə bu maliyyə dövrünü inamla keçməyə imkan verəcək” deyə Ukrayna Baş naziri əlavə edib.

tag: ABŞ, Ukrayna, Vəsait, Xərclər, Dünya Bankı,Denis Şmıqal, todaypress.az,