Bu il Rusiyadan 65 mindən çox qeyri-qanuni miqrant deportasiya olundu
Dünya
13.07.2024 22:23
İlin əvvəlindən bu yana
Rusiyadan 65 mindən çox qeyri-qanuni miqrant deportasiya olunub.
TodayPress xəbər
verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk 2024-cü ildə
qanunu pozduğuna görə Rusiyadan 65 mindən çox miqrantın deportasiya olunduğu ilə
bağlı məlumat yayıb.
O həmçinin nazirliyin həyata
keçirdiyi tədbirlərin miqrantlar tərəfindən törədilən cinayətlərin sayını
azaltdığını bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 6 ayda bu göstərici
6,4 faiz azalıb.
Belə ki, xüsusilə ağır cinayətlərin
sayı 11 %, quldurluq - 30 %, adam öldürməyə cəhd - 18 %, soyğunçuluq- təxminən
10 %, cinsi istismarla bağlı cinayətlər - 8,5 % azalıb.
tag: todaypress.az, Rusiya, DİN, Miqrant, İrina Volk,