Bu il Gürcüstanda NATO təlimləri keçiriləcək
Dünya
18.01.2025 20:35
2025-ci ildə Gürcüstanda NATO təlimləri keçiriləcək.
TodayPress xəbər verir ki, bu həftə
Tbilisidə NATO-nun Birləşmiş Qüvvələrin Təlim Mərkəzinin yeni komandanı,
general-mayor Boqdan Ritzereski səfərdə olub.
Məlumata görə, təlimlər 28 aprel - 8 may tarixlərində
“Krsanisi” bazasında baş tutacaq və burada Azərbaycan, Albaniya, Bolqarıstan,
Almaniya, Yunanıstan, Fransa, Macarıstan, Polşa, Slovakiya, Türkiyə və ABŞ hərbçiləri
iştirak edəcəklər.
Qeyd edək ki, bundan əvvəl ABŞ strateji tərəfdaşlıq
sazişini dayandırmış və 2024-cü il üçün nəzərdə tutulan “Noble Partner” təlimlərini ləğv etmişdi.
Aynur TAC
tag: Gürcüstan, NATO, Tblisi, Boqdan, ABŞ, Türkiyıə, todaypress.az,