Bu il 1,38 milyard dollar kripto oğurlandı
Dünya
09.07.2024 01:50
Bu ilin ilk 6 ayı ərzində
oğurlanmış kriptovalyutaların ümumi dəyəri 1.38 milyard dollar təşkil edib.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, bu rəqəm keçən ilin ilk 6 ayı ərzində oğurlanmış
kriptovalyutaların ümumi dəyərindən iki dəfə çoxdur. Məlumatda bildirilib ki,
oğurlanmış kriptovalyutaların 70%-i baş vermiş 5 böyük kiberhücum sayəsində
oğurlanıb. Bununla belə bu ilin ilk 6 ayı ərzində oğurlanmış kriptovalyutaların
ümumi dəyəri 2022-ci ilin ilk 6 ayında oğurlanmış kriptovalyutaların ümumi dəyərindən
(2 milyard dollar) aşağı olub.
Qeyd edək ki, bu il ən böyük
kiberhücum Yaponiyanın DMM Bitcoin adlı kriptovalyuta birjasına
edilib. Bu kiberhücum nəticəsində ümumi dəyəri 300 milyon dollar təşkil etmiş
4500-dən çox token oğurlanıb.
tag: Kriptovalyuta, Bitcoin, Oğurluq, Token, todaypress.az,