Bu həftə Tehranda cümə namazını Xamenei qılacaq

Dünya

03.10.2024 12:00

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei oktyabrın 4-də cümə namazı xütbəsi mərasimini özü keçirəcək.

TodayPress xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, sentyabrın 27-də Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullah, İran İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından biri, general Abbas Nilfuruşenin öldürülməsi ilə əlaqədar bu həftə Tehranda imam Xomeyni adına məsciddə Xamenei cümə namazını qılacaq.

tag: Livan, Tehran, Xomeyni ,Nəsrullah ,Hizbullah ,todaypress.az,