Bu həftə Qəzzada daha 4 uşaq aclıqdan öldü
Qəzza zolağında son bir həftədə daha 4 uşağın aclıqdan öldüyü bildirilib.
TodayPress xəbər verir ki, Qəzza zolağının şimalındakı Kemal Advan Xəstəxanasının direktoru Husam Əbu Safiye mətbuat konfransında "Son saatlarda qida çatışmazlığı səbəbindən xəstəxanada bir uşağı itirdik" deyib.
Yetərincə qidalanmadığı üçün xəstəxanaya gətirilən uşaqlardan 4-nün son bir həftədə dünyasını dəyişdiyini bildirən Əbu Safiye, son iki həftədə 250 uşağın qida çatışmazlığı və susuzluq səbəbiylə xəstəxanaya gətirildiyini qeyd edib.
Əbu Səfiyə yaranan çətinliklərə, tibbi personalın İsrail tərəfindən hədəf alınmasına baxmayaraq , xüsusilə infeksiya və epidemiyanın yayılması, şimalı əhatə edən aclıq və ölümlər qarşısında Qəzza xalqının yanında olmağa davam edəcəklərini bildirib.
Beynəlxalq təşkilatları Qəzzanın şimalına yardım səylərini gücləndirməyə, o cümlədən qida, içməli su, yanacaq və zibillərin təmizlənməsi üçün lazım olan avadanlıqların daxil olmasına icazə verməyə çağıran Əbu Safiye, xəstələrin sayının günü-gündən artacağını vurğulayıb.
GÜNEL
tag: Qəzza, İsrail ordusu, Fələstin, Aclıq, todaypress.az,