Brüsseldən Gürcüstana xəbərdarlıq
Dünya
28.06.2024 12:35
Aİ “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstanı quruma üzvlük prosesini dayandırmaqla hədələyib.
TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında deyilir.
“Xarici təsirin şəffaflığı haqqında” qəbul edilmiş qanun Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tövsiyələrini rədd edir. Gürcüstan Aİ yolunu məhv edir və faktiki olaraq bu onun üzvlük prosesinin dayandırılmasına gətirib çıxarır” deyə məlumatda bildirilir.
Qeyd edək ki, iyunun 27-də Aİ-nin Brüsseldə sammiti keçirilib.
Günəş Mərd
tag: Gürcüstan, Brüssel, Xarici, Namizəd, Qanun, todaypress.az,