Brüsseldə hökumətə qarşı etiraz aksiyası keçirilir
Dünya
13.01.2025 18:41
Belçikanın paytaxtı Brüsseldə 100 minə qədər insan hökumətin sosial müavinət və pensiyalar üçün büdcəni ildə cəmi 3 milyard avro azaltmaq planlarına etiraz edib.
TodayPress, "TASS"a istinadən xəbər verir ki, bu barədə aksiyanın təşkilatçıları - krallığın əsas siyasi partiyaları olan sosialistlər, liberallar və xristian demokratlarla əlaqəli ən böyük həmkarlar ittifaqı təşkilatı bildirib.
Polis hələlik aksiyanın miqyası ilə bağlı açıqlama verməyib.
Nümayişçilər şəhərin mərkəzindən Mərkəzi Vağzaldan Ədliyyə Sarayına qədər yürüş edir.
Aksiyaya şəhər rəhbərliyi icazə verib. Şəhərin mərkəzi polis tərəfindən bağlanıb.
Kolonun marşrutu boyunca güclü səs qurğuları quraşdırılıb, musiqilər səsləndirilir, “hüquqlarınız uğrunda mübarizə aparın” çağırışları eşidilir.
Etirazçılar yol nişanlarına bənzər uzun dirəklərdə plakatlar, şarlar və tərs nişanlar daşıyırlar. Bir tərəfdə üstündən xətt çəkilmiş qırmızı dairədə 67 rəqəmi, digər tərəfdə isə pensiya yaşının 67 yaşa qaldırılmasına etiraz edən 65 rəqəmi var.
“Biz ədalət tələb etmək üçün küçələrə çıxdıq, hökumət büdcəyə qənaət etmək istəyir, lakin bu, cəmiyyətin ən yoxsul təbəqəsində ciddi təsir göstərir” deyə etiraz iştirakçısı Kristin "TASS"a deyib.
Töhfə Səməd
tag: Belçika,Brüssel,Aksiya,Etiraz,Polis ,todaypress.az,