Britaniyanın yeni stansiyası kosmosa nəzarəti asanlaşdıracaq
Dünya
08.08.2024 16:55
Böyük Britaniya Rusiya və Çinin kosmosdakı fəaliyyətini izləmək üçün Uelsdə hava qüvvələrinin radar stansiyasının tikintisinə başlayacaq.
TodayPress xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.
Britaniyanın müdafiə naziri Con Hili isə bildirib ki, bu yeni radar təkcə kosmos haqqında məlumatlılığı artırmayacaq, həm də kosmosdakı obyektləri qorumaqda kömək edəcək.
Xatırladaq ki, fevral ayında ABŞ kəşfiyyatı Rusiyanın kosmosdan müşahidəni poza biləcək kosmik silahlar hazırladığını bildirmişdi.
Töhfə Səməd
tag: Böyük Britaniya, Rusiya, Çin, Uels, Con Hili, todaypress.az,