Britaniyanın səfiri Gürcüstan XİN-ə çağırıldı

Dünya

20.12.2024 15:22

Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri və digər rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etməsindən sonra Gürcüstan Xarici İşlər Nazirliyi Böyük Britaniya səfiri Qaret Uordu çağırıb.   

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb. 

Qeyd olunub ki, səfir XİN-in binasına gəlib, lakin jurnalistlərə açıqlama verməyib. Onunla Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndələri danışıblar. 

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya Qomelauriyə, onun müavini Aleksandr Daraxvelidzeyə, Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşviliyə, Xüsusi Təyinatlar Departamentinin direktoru Zviad Xarazişviliyə və onun müavini Mileri Laqazauriyə qarşı sanksiyalar tətbiq edib.  

Günəş Mərd

tag: Britaniya ,Səfir ,Gürcüstan, Çağrılmaq, todaypress.az,