Britaniyanın Rusiyaya qarşı yeni sanksiyaları tənqid edildi
Dünya
12.09.2024 14:50
“Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyaları əvvəlkilər kimi mənasız və hüquqi cəhətdən etibarsızdır”.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi məlumat yayıb.
"Britaniyanın tətbiq etdiyi sanksiyaların Rusiyanın dünyanın əksər ölkələri ilə inkişaf edən əlaqələrinin dinamikasına heç bir təsiri olmayacaq. Biz yeni birtərəfli məhdudiyyətləri əvvəlkilər kimi mənasız və hüquqi baxımdan əhəmiyyətsiz hesab edirik" deyə diplomatik missiya qeyd edib.
Səfirlik həmçinin bildirib ki, Britaniyanın yeni hökuməti öz iqtisadiyyatını pisləşdirməklə yanaşı, anti-Rusiya siyasətini davam etdirir.
Töhfə Səməd
tag: Rusiya ,Böyük Britaniya, London, İqtisadiyyat, Hökumət, todaypress.az,